İndiki gündə övladınızın qabaqcıl məktəbə, gimnaziya və ya digər nüfuzlu təhsil ocağına qəbul olması üçün onun baza bilikləri olmalıdır. Artıq uşaqların ilk biliklərinin orta məktəbdə aldıqları günlər geridə qaldı. Uşaqlara olan tələblər çox dəyişib. Məsələn, bir çox məktəblərdə minimal tələblərdən biri sadə misalların həlli və heca ilə oxumaqdır bu da öz növbəsində hazırlıqsız şagird üçün çox çətin bir sınaqdır.
Övladına bilik, bacarıq və gələcək bəxş etmək hər valideyinin istəyidir. Bir çox valideynlər pedaqoji bacarıq və vaxt məhdudiyyətinə görə uşaqlarla məşğul ola bilmillər. Belə halda valideyinlər övladlarını peşəkar hazırlıq kurslarına həvalə edərək uşaqların istənilən təhsil müəssisəsilərinə qəbul olunmasının şanslarını dəfələrlə artıra bilərlər.