top of page

Xəbərlər

Поиск

Məktəb ilinə hazırlaşırıq

  • Фото автора: Səbinə Əliyeva
    Səbinə Əliyeva
  • 8 авг. 2018 г.
  • 2 мин. чтения

Обновлено: 11 авг. 2018 г.

Azərbaycan Respublikasının Əməkdar müəllimi, AYB-nin Aran bölməsinin məsul katibi Səxavət Tağların dediyinə görə Yeni dərs ilində məktəbə hazırlıq mərhələsi böyük əhəmiyyət kəsb edir. Bu iş üçün valideynlərin maariflənməsi olduqca vacibdir.





Valideynlər nəyi bilməlidirlər? Uşaqlarını məktəbə necə hazırlamalıdırlar? Hazırlıq mərhələsi tədrisə bir ay qalmış başlamalı və bir həftə qalmış yekunlaşmalıdır. Yəni avqustun 15-dən sentyabrın 9-na kimi bir müddəti əhatə etsə daha effektli olar. Üç ay məktəbdən ayrılmış, istədiyi kimi oynamaq, gəzmək, hərəkət etmək vərdişləri qazanmış məktəblilərin birdən-birə rejmə uyğunlaşması, məktəbdaxili qaydalara riayət etməsi, tədris yükü və s. çətinliklər yaradır. Ona görə də hazırlıq mərhələsində uşaqların  yenidən məktəblə tanışlığı, tədris başlamamışdan əvvəl məktəbə gəlməsi, dərslik fondundan lazım olan kitabları götürməsi, sinif otaqlarında olmaları, yoldaşları ilə ünsiyyət əsas şərtdir.  Məktəbin yeni dərs ilinə hazırlanmasında şagirdlərin iştirakı, onların köməkliyi də bir növ uyğunlaşma ola bilər. İbtidai sinif şagirdlərində (6-10 yaşlılar) məktəb qorxusu olur. Onlar ünsiyyətdən qaçır, utanır, özünə qapanır, valideynləri ilə olmağa üstünlük verirlər. Belə hallarda tənbeh, uşağın yanında müzakirələr, hədə- qorxu yanlışdır. Ona görə də məktəblə tanışlıq, müəllimlərlə ünsiyyət 6-10 yaşlılar üçün xüsusilə zəruridir. Uğurlu təhsil üçün bunun əhəmiyyəti böyükdür.

Tədris ləvazimatlarının, məktəbli formasının, əlavə vəsaitlərin alınması barədə məsləhəti:

Keyfiyyətsiz, müasir tələblərə cavab verməyən, hətta uşaqların sağlamlığına ziyan gətirə bilən ləvazimatlar, məktəbli forması, əlavə vəsaitlər və test kitabçaları bazara yol tapır. Bu ərəfədə Azad İstehlakçılar Birliyinin və tanınmış  təhsil ekspertlərinin mətbu söhbətləri ilə tanış olmaq, onların tövsiyələrinə riayət etmək olduqca faydalıdır. Ötən dərs ilində III sinifdə oxuyan bir şagirdin müəlliməsi, habelə valideynləri uşağın gözündə qızartı və qaşınma olmasını söyləyirdilər. Uşaq tez-tez üz-gözünü yuyurdu və həkimdə olurdu. Səbəbi nə olsa yaxşıdır?! Xətkeşə vurulmuş parıltılı rəng, zərrəciklər uşağın əlinə, əlindən isə gözünə keçirmiş. Belə parıltılı və keyfiyyətsiz boya məktəbli formasında, şagird çantasında, dərs vəsaitlərində və s. ola bilər. Düzgün seçim aparılması, dövlət nəzarətində olan mağazalardan alınma gərəkdir. Valideyn aldığı hər bir vəsaitin, məktəbli formasının və digər ləvazimatların istehsal ünvanı ilə tanış olmalı, seçim zamanı aldığı hər nə varsa onun övladına uyğunluğunu bilməlidir. Məsələn: Şagird çantası I-IV siniflərdə kiçik, V-IX siniflərdə bir az ondan böyük, boy-buxununa uyğun, X-XI siniflərdə isə portfellərlə əvəzlənə bilər. Şagirdlər üçün məktəbli forması seçərkən onun uyğunluq setrifikatının olub-olmamasını bilmək də vacibdir. Mütəxəsislər hər zaman söyləyirlər ki, məktəbli formasının rəngi çıxmamalı, parçalar hava keçirməli və təbii ki, qiymətləri də münasib olmalıdır. Hər zaman məktəbəhazırlıq mərhələsində bazarda, məktəbli geyimləri və məktəbli ləvazimatları magazalarında bir canlanma müşahidə olunur. Əziz valideynlər, uşaqlarınızın məktəbə hazırlanmasını axrıncı günlərə saxlamayın. İşbazların, dələduzların toruna düşməmək üçün bizum tövsiyə və məsləhətlərimiz faydalı ola bilər.

Uşaqların məktəbə düzgün və vaxtında hazırlanması, evdə onlar üçün normal şəraitin olması uğurlu təhsil üçün ilkin bazadır. Ailələrdə “uşaq otağı”nin olması məsləhətdir. Stol və stul uşağın boyuna uyğun olmalıdır. Masa elə qoyulmalıdır ki, pəncərə sol tərəfdə olsun. Uşaqların masasının üstündə sol tərəfdə lampa qoyulması vacibdir. Ata-ana övladının masa arxasında düzgün oturmasına və ev tapşırıqlarının gündəlik icrasına nəzarət etməlidir. “Uşaq otağı”nda kitab rəfi, siyirtməli yazı masası və onların istifadə edəcəyi bütün vəsaitlər, ləvazimatlar, A4 kağızı, karandaş qutusu və s. səliqə ilə saxlanılmalıdır. Şagird öz iş otağına özü qulluq göstərməklə, əməyə hazırlanır, ailəcanlı böyüyür və estetik cəhətdən kamil böyüyür. Sonda onu demək istəyirəm ki, uşaqların uğurlu təhsilində valideynin- övlad dostluğunun rolu əvəzsizdir. Anlaşıqlı sevgi, dostluq, ailədaxili məhəbbət kamil şəxsiyyətin yetişməsində başlıca amildir. Uşaqlarınızı sevin, onlardan qayğınızı əsirgəməyin.


https://millixeber.az

 
 
 

Комментарии


LOGO-01AZE.png

Ünvan:

  • White Vkontakte Icon
  • White Instagram Icon

© 2018 "Vunderkinds" Tədris Mərkəzi

Ə.Hacıyev küç. 46,

Qara Qarayev metrosu 

Facebook: Vunderkindsbaku

İnstagram: Vunderkindsbaku

Telefon: +994(12) 571 98 97

Mobil: +994(77) 222 08 09

Email: vunderkindsbaku@gmail.com

Əlaqə

bottom of page